Bu ölkədə yeni münaqişəyə imkan vermərik – Çavuşoğlu

Bu ölkədə yeni münaqişəyə imkan vermərik – Çavuşoğlu

Biz Bosniya və Herseqovinada yeni münaqişənin yaranmasına imkan verə bilmərik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovina XİN başçısı Bisera Turkoviçlə birgə keçirdiyi brifinqdə deyib.

“Bosniya və Herseqovina regional sabitlik baxımından əsas mövqedədir. Biz burada yeni münaqişənin yaranmasına imkan verə bilmərik.

Hər kəs bununla bağlı məsuliyyətlə hərəkət etməlidir. Türkiyə hər zaman olduğu kimi, Bosniya və Herseqovinanın suverenliyini, ərazi bütövlüyünü və sabitliyini güclü şəkildə dəstəkləməyə davam edəcək”, – Çavuşoğlu vurğulayıb.

Teqlər: