Çexiyada Ukrayna Silahlı Qüvvələri üçün PUA istehsalı planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə “MK.ru” məlumat yayıb.
Məlumata görə, artıq istehsalın təşkili istiqamətində işlərə başlanılıb.
“Onlar başa düşürlər ki, əgər belə bir müəssisə Ukrayna ərazisində yerləşərsə, o zaman Rusiya ordusu onu vuracaq. Ona görə də onlar bunu Çexiyada etmək qərarına gəliblər”, – məlumatda qeyd edilib.