Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 670 nəfərdən çoxdur.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, cümə günü baş verən torpaq sürüşməsi zamanı 150-dən çox ev torpaq altında qalıb.
Papua-Yeni Qvineyada hökuməti insanları təhlükəsiz ərazilərə köçürür.