Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə Tiktok sosial şəbəkəsini bloklamaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, buna səbəb kimi qeyri-hökumət təşkilatlarından Tiktok sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlərin getdikcə artması göstərilib.
Təşəbbüs müəlliflərinin sözlərinə görə, yeniyetmələr Tiktok videolarına baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.
Bundan əlavə, bildirilib ki, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.