Çadın Nigeriya ilə sərhəddə yerləşən Nqubua regionunda terror hücumu 40-dan çox hərbçinin həyatına son qoyub.
AzerTimes xəbər verir ki, faktı Çad Prezidenti Mahamat İdris Debi də təsdiqləyib.
Bildirilib ki, hücumu Boko Haram terror qruplaşması törədib. 200 nəfər şəxsi heyətin olduğu hərbi hissəyə hücum edənlər böyük miqdarda hərbi inventar və avtomobili məhv edib, ağır silahları aparıblar.
Terror hücumundan sonra ərazidə genişmiqyaslı antiterror əməliyyatları başlayıb.