Litvada rusların əmlak alması qadağan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Litva Seyminin bu gün qəbul etdiyi qərarda bildirilib.
Qərarın lehinə 74 deputat səs verib.
Qanun layihəsini hazırlayan deputat Laurinas Kasçyunas bildirib ki, 2022-ci ildə ruslar Litvada 699 obyekt alıblar və bu da ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vura bilər.