Bu ölkədə qapalı iclas: Ukraynaya hərbi yardım…

Bu ölkədə qapalı iclas: Ukraynaya hərbi yardım…

Latviya hökuməti Müdafiə Nazirliyinin Ukraynaya əlavə hərbi yardım göstərilməsi barədə təklifini dəstəkləyib.

AzerTimes xəbər verir ki, bu barədə Latviya müdafiə naziri Artis Pabriksa özünün Tvitter səhifəsində məlumat verib.

Ölkə mətbuatının məlumatına görə, bu gün Nazirlər Kabinetinin üzvləri məsələyə baxılması üçün qapalı növbədənkənar iclasa çağırılıb.

Qeyd edək ki, ümumiyyətlə Latviya Ukraynaya silah və şəxsi texnika, pilotsuz uçuş aparatları, quru yeməklər, döyüş sursatı, tank əleyhinə silahlar və “Stinger” zenit-raket kompleksləri daxil olmaqla 200 milyon avrodan çox hərbi dəstək göstərib.

Teqlər: