

Mali ordusu Duqukoloko” əməliyyatı çərçivəsində ölkənin müxtəlif bölgələrində antiterror əməliyyatları həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Mali ordusu terrorçuları zərərsizləşdirib, mülki girovları azad edib, yaraqlılara məxsus nəqliyyat vasitələri, rabitə vasitələri, silah, sursat və sənədləri ələ keçirib.
Xüsusilə Murdiyada təhlükəsizlik qüvvələri 3 girovu azad edib, 4 terrorçunu məhv edib.