Madaqaskarda mal-qara oğruları 32 nəfəri diri-diri yandırıb.
AzerTimes xəbər verir ki, bu barədə Madaqaskar Müdafiə Nazirliyi məlumat yayıb.
“Burada insanlar əsl faciə yaşayıblar. 32 nəfər ölüb. Qəddar “Dahalo” qruplaşması hətta qadın və uşaqları da yandırıb”, – nazirlik bildirib.
Məlumata görə, hadisə paytaxt Antananarivudan 75 km aralıda yerləşən Ankazobe rayonunda baş verib.