Nigeriya Hərbi Hava Qüvvələri ölkənin cənubunda qanunsuz fəaliyyət göstərən bir neçə gizli neft emalı zavoduna zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Nigeriyanın Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, əməliyyat avqustun 27-də Niger çayının deltasında keçirilib.
“Aviazərbə ilə həmçinin oğurlanmış nefti daşıyan gəmi məhv edilib”, – deyə vurğulanıb.