Somalinin paytaxtı Moqadişonun mərkəzində “Əş-Şabab” terror qruplaşması növbəti hücum həyata keçirib.
AzerTimes xəbər verir ki, silahlıların Təhsil Nazirliyinin binasına hücumu zamanı 30 nəfər ölüb.
Bildirilib ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub.