Bu ölkədə müharibə: 6 milyon insan evlərini tərk etdi

Bu ölkədə müharibə: 6 milyon insan evlərini tərk etdi

Konqo Demokratik Respublikasının şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb. Belə ki, son iki ildə 6 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki missiyasının yaydığı məlumatda deyilir.

“Şimali Kivu, Cənubi Kivu və İturi əyalətlərində iki ildir davam edən münaqişə 5,7 milyon insanın evlərini tərk etmək məcburiyyətində qalmasına gətirib çıxarıb. Yalnız fevralın 7-də döyüşlər başlayandan bəri Masisi bölgəsində, demək olar ki, 300 min insan Qoma şəhəri ətrafındakı ərazilərə qaçıb. Döyüşlərdə ağır artilleriyadan istifadənin artması xüsusilə narahatedicidir. Ümumilikdə, 25,4 milyon insanın köməyə ehtiyacı var”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, ölkədə silahlı üsyançılarla hökumət qüvvələri arasında mütəmadi toqquşmalar yaşanır.

Teqlər: