Burkina-Fasonun keçmiş xarici işlər naziri Ablasse Uedraoqo qaçırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Franss Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən evindən qaçırılıb.
Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətinin əleyhinə çıxışlar edirdi.