Bu ölkədə ilk dəfə qatilin hökmü canlı yayımlandı

Bu ölkədə ilk dəfə qatilin hökmü canlı yayımlandı

İngiltərə Mərkəzi Cinayət Məhkəməsi Böyük Britaniya tarixində ilk dəfə qətl işi üzrə hökmün elanını canlı yayımlayıb.

AzerTimes xəbər verir ki, bu barədə The Times məlumat yayıb.

Məlumata əsasən, bu gün keçirilən iclasda hakim Sarah Munro 74 yaşlı babasını öldürməkdə təqsirli bilinən 25 yaşlı Ben Oliverin işi üzrə hökmü elan edib.

Qeyd edək ki, B.Oliverin autizm pozğunluğu diaqnozu qoyulması və günahını etiraf etdiyi üçün o, 10 il səkkiz ay həbs cəzasına məhkum olunub.

Teqlər: