Nigerin qərbində ən azı 7 əsgər yaraqlıların hücumu nəticəsində ölüb.
AzerTimes xəbər verir ki, hücum Burkina-Faso ilə sərhəd yaxınlığındakı Tillaberi bölgəsində baş verib. Hərbçilər də öz növbəsində onlarla yaraqlını zərərsizləşdirə biliblər.
Niger Müdafiə Nazirliyinin rəhbəri Salifu Modi açıqlamasında terror təhlükəsi ilə mübarizəni davam etdirəcəyinə söz verib.