Bu ölkədə hərbçilər çevriliş etdi

Bu ölkədə hərbçilər çevriliş etdi

Niger hərbçiləri ölkə Prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını, dövlətin sərhədlərinin isə bağlandığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, hərbçilər dövlət televiziyasında çıxış ediblər:

“Onlar ölkədə ümummilli komendant saatı tətbiq ediblər. Əsgərlər həmçinin hansısa xarici müdaxiləyə qarşı xəbərdarlıq edib və devrilmiş hakimiyyətin sağ qalacağına zəmanət veriblər”.

Bildirilir ki, ölkədə kütləvi iğtişaşlar baş verib, bunu sosial şəbəkələrdə yayılan videolar da təsdiqləyir. Vəziyyət gərgin olaraq qalır və atışma davam edir. Nigerdə ​​hərbçilər bütün qurumların işini dayandırıb.

Qeyd edək ki, ötən gün Niger Prezident Qvardiyasının bir qrup əsgərinin paytaxt Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanı blokadaya alıb, prezidenti isə girov götürdüyü bildirilmişdi.

Teqlər: