Finlandiyanın Həmkarlar İttifaqları Assosiasiyası hökumətin danışıqlar aparmaqdan yayınması səbəbindən dekabrın 14-də sənayenin müxtəlif sahələrində genişmiqyaslı tətillər keçirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, Həmkarlar İttifaqları Assosiasiyası qanuna uyğun olaraq tətilin təfərrüatlarını yaxın günlərdə açıqlayacaq.
Onlar Baş nazir Petteri Orpo kabinetinin hökumət proqramında sosial təminatın haqsız olaraq azaldılmasının, işəgötürənlərə xəstəliyin ilk gününə görə ödəniş etməməsinə icazə vermək planlarının, tətillərə qadağa qoyulmasının və bir sıra digər təşəbbüslərin əleyhinədir.