Bu ölkədə havanın temperaturu 50 dərəcəni ötdü

Bu ölkədə havanın temperaturu 50 dərəcəni ötdü

Mərakeşdə ilk dəfə havanın temperaturu 50 dərəcəni ötüb.

AzerTimes xəbər verir ki, ölkənin Meteorologiya İdarəsinin verdiyi məlumata görə, Adagir şəhərində 11 avqustda havanın temperaturu 50,4 dərəcəyə çatıb.

Bu, Mərakeşdə ən yüksək temperatur göstəricisi olaraq qeydə alınıb.

Saxara səhrasından gələn isti hava dalğasının təsiri ilə həftə boyunca ölkə ərazisində temperaturun yüksək olduğu bildirilib.

Teqlər: