Myanmar hərbçilərinin Kaçin Müstəqillik Təşkilatının yaradılmasının ildönümünü qeyd edərkən həyata keçirdiyi hava zərbələri nəticəsində 50-yə yaxın insan həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə “İrravaddu” nəşri məlumat yayıb.
Hava zərbələri nəticəsində 100-ə yaxın insan yaralanıb.
Qeyd edək ki, KMT 1960-cı il oktyabrın 25-də yaradılıb. O, siyasi təşkilatdır və onun silahlı qanadı olan KMO Myanmar hökuməti və ordusu ilə muxtariyyət uğrunda mübarizə aparır. Keçən il hərbçilər hakimiyyətə gəldikdən sonra KMO Kaçin ştatında üsyançı əməliyyatlara başlayıb.