Bu ölkədə güclü zəlzələ: Dağıntılar var

Bu ölkədə güclü zəlzələ: Dağıntılar var

Qvatemalada 6,5 ​​bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya İnstitutunun məlumatında deyilir.

Bildirilib ki, yeraltı təkanlar 12.8 kilometr dərinlikdə qeydə alınıb.

Milli Fövqəladə Hallar İdarəsi öz növbəsində qeyd edib ki, ölkənin cənub-qərbində yerləşən San-Markos şəhərində xəstəxanaya cüzi zərər dəyib, həmçinin yollardan birinə qaya parçası düşüb.

Zərərçəkənlər barədə məlumat verilmir.

Teqlər: