Çilinin Atakama bölgəsi sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin ölkənin Atakama bölgəsindəki Vallenar şəhərindən 81 kilometr cənub-qərbdə olduğu açıqlanıb.
İlkin məlumata görə, 41 kilometr dərinlikdə baş verən zəlzələdə dağıntı və tələfat olmayıb.