Bu ölkədə Fransaya qarşı nümayiş keçirildi

Bu ölkədə Fransaya qarşı nümayiş keçirildi

Fransanın Burkina-Fasodakı hərbi mövcudluğuna qarşı nümayiş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Etirazçılar Uaqaduqu şəhərində Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb edib, Fransa bayraqlarını yandırıblar.

“Biz öz hərəkətlərimizlə göstərmək istəyirik ki, ölkəmizin artıq Fransaya ehtiyacı yoxdur”, – deyə etiraz nümayişinin təşəbbüskarlarından olan Adama Savadoqo bildirib.

Qeyd edək ki, Burkina-Fasonun da daxil olduğu Saxel regionu ölkələrində 5 mindən çox fransız əsgəri var.

Teqlər: