Burkina-Faso hakimiyyəti ölkədə Fransanın “Radio France internationale” (RFI) radiostansiyasının fəaliyyətinin dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin rabitə, mədəniyyət, incəsənət və turizm naziri Jan Emmanuel Uedraoqo kommünike imzalayıb.
Sənəddə qeyd olunub ki, Burkina-Faso hökuməti RFİ jurnalistlərinin qərəzli münasibətindən və onların xalqın suverenlik uğrunda apardığı mübarizəni gözdən salmaq meylindən qəzəblənir.