Sentyabrın 28-də Livandakı erməni təxribatı zamanı 25 yerli polis xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxt Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd edib.
Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq ermənilərin hərəkətinə icazə verməyib. Bundan sonra etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.