Konqonun şərqində yerləşən nümayişçilər Qoma şəhərində BMT-nin missiyasının binalarına və anbarlarına hücum ediblər.
AzerTimes xəbər verir ki, etirazçılar Şimali Kivu əyalətindən BMT sülhməramlılarının çıxarılmasını tələb edirlər.
Nümayiş bir neçə ictimai təşkilatın, o cümlədən qadın təşkilatlarının təşəbbüsü ilə keçirilib. Onlar BMT-ni ölkənin bu hissəsində əhalinin təhlükəsiz yaşaması üçün şərait yaratmamaqda ittiham edir.
Əhalisi 700 min nəfərə çatan şəhərdə mağazalar, bazarlar, banklar və kommersiya şirkətlərinin ofisləri bağlanıb.