Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində yerləşən Avropa Birliyi nümayəndə heyətinin binalar kompleksində yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin MAR-dakı səfiri Duqlas Darius Karpenter Tvitter hesabında yazıb.
“Yanğın zamanı Avropa Birliyi səfirliyinin binası yanıb. Xəsarət alan olmayıb”, – o bildirib.
Baş verənlərin təfərrüatı hələ açıqlanmayıb.