Filippinin Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Zəlzələnin episentri Laqanqilanq bələdiyyəsindən (Abra əyaləti) 2 km şimal-şərqdə, ocağı isə 25 kilometr dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.