Burkina-Fasoda terrorçular 3 kəndə hücum edərək 170 nəfəri öldürüb.
AzerTimes xəbər verir ki, bu barədə Uaxiquya rayonunun prokuroru Əli Bencamin Kulibali məlumat verib.
“Əldə edilən məlumatlar Şimal bölgəsinin Komsilqa, Nodin və Soroe kəndlərində 170 nəfərin öldüyünü göstərir”, – Kulibali bildirib.
Onun sözlərinə görə, kəndlərə hücumlarla bağlı ilk məlumatlar fevralın 25-də gəlib.
Hazırda hücumların hansı qruplaşmalar tərəfindən edildiyi araşdırılır.