Ehtiyac yaranarsa, Litva Gürcüstan Prezidenti Salome Zurabişviliyə sığınacaq verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Litva prezidentinin baş müşaviri Asta Skaysqirite deyib.
O qeyd edib ki, Zurabişvili indiyədək Tiflisdə xalqının yanında olacağını açıq şəkildə bəyan edib:
“Amma Zurabişvilinin xaricdə müdafiəyə ehtiyacı ola bilər. Təbii ki, belə bir ehtiyac yaranarsa, Litva sığınacaq verəcək”.