Belçika 130 vətəndaşını hərbi təyyarə ilə Nigerdən təxliyə edib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aja Labib X sosial şəbəkəsində məlumat verib.
“Son bir neçə gün ərzində 130 belçikalı, Aİ vətəndaşları və digər şəxslər Nigerdən çıxarılıb. Mən Müdafiə Nazirliyinə, eləcə də Miqrasiya və Sığınacaq Departamentlərinə təşəkkür etmək istəyirəm”, – Labib yazıb.
Təxliyə olunanlar Belçikaya məxsus “Airbus A400M” hərbi təyyarəsi ilə ölkədən çıxarılıb.