Litva M-577 zirehli döyüş maşınları partiyasını Ukraynaya təhvil verib.
AzerTimes xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Laurinas Kasçyunas bildirib ki, Ukraynaya kömək etmək strateji məqsədləridir:
“Bizim və müttəfiqlərimizin təhvil verdiyi silah və texnika Ukraynanın hərbi ehtiyaclarını ciddi şəkildə ödəyir”.
Qeyd edək ki, Litva Ukraynaya hərbi dəstək planı hazırlayıb. Bu dəstək 2024-cü ildən 2026-cı ilə qədər azı 200 milyon avro təşkil edəcək.
Xatırladaq ki, müharibə başlayandan bəri Litva Ukraynaya 605 milyon avro məbləğində hərbi yardım göstərib.