Bu ölkə Ukraynaya yardımdan imtina etdi

Bu ölkə Ukraynaya yardımdan imtina etdi

İsveçrə Senatı Ukraynaya 5,6 milyard dollar və ordunun ehtiyacları üçün 11,1 milyard dollar məbləğində əlavə təcili yardımı rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında yayılan məlumatda bildirilib.

Vurğulanıb ki, orduya və Ukraynaya xərclər nəzərdə tutulduğu üçün hökumət və Senat buna qarşı çıxıb.

Qeyd edək ki, aprel ayında İsveçrə hökuməti 2036-cı ilə qədər Ukraynanın yenidən qurulmasına dəstək üçün 5,5 milyard dollar ayırmaq istədiyini, 2028-ci ilə qədər isə 1,66 milyard dolların ayrılacağını bəyan edib.

Teqlər: