Bu ölkə Ukraynaya silah verməyəcək

Bu ölkə Ukraynaya silah verməyəcək

Macarıstan Kiyevə silah vermir və gələcəkdə də bunu etmək niyyətində deyil, çünki o, münaqişədən kənarda qalmaq və heç bir tərəfdə iştirak etməmək istəyir.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Almaniya və ABŞ-ın Ukraynaya tank tədarükü haqqında məlumatı şərh edərkən deyib.

“Macar xalqı keçən ilki parlament seçkilərində aydın qərar qəbul etdi. əƏn əsası biz bu müharibədən kənarda qalırıq. Biz heç kimin tərəfindən qoşulmaq istəmirik, kənarda qalmaq istəyirik. Bizim üçün ən önəmlisi Macarıstan və macarların təhlükəsizliyidir”, – deyə Siyarto bildirib.

Teqlər: