Ukrayna Prezidenti Vladimir Zelenski Şimali Koreyanın Rusiyaya yalnız hərbi texnika deyil, canlı qüvvə də göndərdiyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
“Biz Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında ittifaqın güclənməsini görürük. Bu artıq sadəcə silah ötürülməsi deyil. Bu, əslində, Şimali Koreyadan işğalçının hərbi qüvvələrinə insanların göndərilməsidir”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Şimali Koreyanın minlərlə əsgərinin Rusiyada təlimlər keçdiyi, 2024-cü ilin sonuna doğru onların Ukrayna cəbhəsinə və yaxud Rusiyanın sərhədyanı ərazilərinə göndəriləcəyi haqda məlumat yayılıb.