Norveç hökuməti Ukraynaya hərbi yardım fondunun büdcəsini 2,5 milyard kron ( 240 milyon dollar) artırmaq qərarı verib.
AzerTimes xəbər verir ki, bununla bağlı “Nexta Live” Teleqram kanalı məlumat yayıb.
Beləliklə, ölkə büdcəsindən fonda ayrılan vəsaitin miqdarı 10 milyard krona, yəni 950 milyon dollara çatdırılacaq.