Niderland Ukrayna hərbçilərinə təlim keçmək üçün 50-dən 100-ə qədər hərbçi göndərməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren məlumat verib.
Məlumata görə, təlim proqramı zamanı alman hərbçiləri ilə fəal əməkdaşlığın aparılması planlaşdırılır. Təlimlərin ilk növbədə Almaniya və Polşada baş tutacağı bildirilir. Başlayacağı tarix isə hələki məlum deyil.