Bu ölkə Ukraynaya dəstəyi dayandırır: nə dəyişəcək?

Bu ölkə Ukraynaya dəstəyi dayandırır: nə dəyişəcək?

Slovakiyada keçirilən növbədənkənar parlament seçkisində Ukraynaya hərbi dəstəyin əleyhinə olan rusiyayönlü partiya qalib gəlib. Partiya lideri Robert Fitso indi Rusiya ilə bağlı çox fərqli fikirlərə malik kiçik partiyalarla koalisiya hökuməti qurmağa çalışacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Slovakiya Ukraynanın dəstəklənməsində mühüm rol oynadı və ilk olaraq qırıcı təyyarələr, hava hücumundan müdafiə raketləri verdi. Ölkənin Kiyevə yardımdan geri çəkilməsi əhəmiyyətli təsir göstərə bilər. Əvvəllər Ukraynaya yardıma qəti şəkildə qarşı çıxan yeganə AB üzvü Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan olub. Bununla belə, Avropa Macarıstandan fərqli olaraq, Slovakiyanın mövqeyinə göz yuma bilməyəcək”,- məlumatda deyilir.

Vurğulanır ki, Bratislavanın Kiyevi dəstəkləməkdən əl çəkməsi çətin ki, silah axınını əhəmiyyətli dərəcədə azaltsın. Çünki Slovakiya ayıra biləcəyi hərbi yardımın böyük hissəsini artıq Kiyevə verib. Bununla belə, Ukraynaya hərbi dəstəyə qarşı olanların mövqelərini gücləndirəcək.

Teqlər: