Belçika hökuməti Ukraynaya hərbi dəstək çərçivəsində zenit raket sistemləri və tank əleyhinə silahlar göndərməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Belçika müdafiə naziri Lyudivin Dedonder deyib.
“Bu silahların dəyəri təxminən 90 milyon avrodur”, – nazir bildirib.
Qeyd edək ki, sözü gedən qərarın Nazirlər Şurasının bu gün keçiriləcək iclasında təsdiqlənməsi gözlənilir.