Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfər edən Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə ərzaq təhlükəsizliyi, enerji, hərbi yardım, Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukraynanın müharibədən sonra bərpası məsələləri müzakirə edilib.
M.Rutte Ukraynaya işgüzar səfər çərçivəsində müharibə dönəmində ən çox dağıntıya məruz qalan Buça, İrpen və Borodyankada olub.
Qeyd edək ki, Niderland Ukraynaya dəyəri 170 milyon avrodan çox yeni hərbi yardım paketi köçürüb.