Bu ölkə Ukrayna üçün yarım milyon mərmi aldı – Stoltenberq

Bu ölkə Ukrayna üçün yarım milyon mərmi aldı – Stoltenberq

Çexiya NATO-nun müdafiə nazirlərinə Ukrayna üçün artıq 500 min mərmi aldığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Çexiya mərmi təşəbbüsü çərçivəsində Kiyev üçün yarım milyon mərmi aldığını təsdiqləyib”, – Stoltenberq bildirib.

O, həmçinin bir neçə NATO ölkəsinin Kiyevə yeni silahların verilməsi ilə bağlı son vədlərini, o cümlədən Almaniyanın Ukraynaya daha bir Patriot hava hücumundan müdafiə sistemləri batareyası göndərmək qərarını alqışlayıb.

Teqlər: