Niderland hökuməti Ukraynaya üçün onlarla “Leopard 1” tankı almaq istəyir.
AzerTimes xəbər verir ki, bu barədə NOS teleradio şirkəti məlumat yayıb.
Qeyd olunur ki, İsveçrə şirkəti tankların tədarükçüsü ola bilər. Bu barədə teleradio şirkətinə Haaqadakı mənbələr məlumat verib. Eyni zamanda, avadanlıq almaq üçün İsveçrə hökumətindən icazə almaq lazımdır.