Niderland 2023-cü ilin dövlət büdcəsindən Ukraynaya hərbi və humanitar yardım üçün 2,5 milyard avro ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Niderland Baş naziri Mark Rutte Tvitterdə yazıb.
“Rusiya müharibəyə davam etdiyi müddətdə Niderland Ukraynaya yardım edəcək. Ayrılan məbləğ ilk növbədə hərbi texnikanın təminatı, dağıdılmış şəhərlərin və infrastrukturun bərpası, törədilmiş cinayətlərin araşdırılması üçün istifadə olunacaq. Telefon danışığı zamanı bunları Ukrayna Prezidenti Vladimir Zelenskiyə də bildirdim”, – baş nazir vurğulayıb.