Şimali Kipr Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Tvitter hesabında yazıb.
“Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!” – paylaşımda qeyd olunub.