Bu ölkə sülh müqaviləsinin şərtlərini pozur – Çavuşoğlu

Bu ölkə sülh müqaviləsinin şərtlərini pozur – Çavuşoğlu

Yunanıstan Lozanna sülh müqaviləsinin şərtlərini və soydaşlarımızın insan haqlarına dair prinsipial hüquqlarını pozmaqda israrla davam edir. Qərbi Trakya türklərini heç vaxt tək qoymadıq, qoymayacağıq da!

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qərbi Trakya Türk Azlığı Məsləhət Şurasının üzvləri ilə görüşündə deyib.

Yunanıstanın yeni müftilik qanununun Lozanna sülh müqaviləsinə zidd olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu deyib:

“Yunanıstan qanunsuz maliyyə yoxlamaları və əsasız vergi cərimələri tətbiq etməklə türk azlığına qarşı ayrı-seçkilik edir”.

Yunanıstanda son 15 ildə türk azlığa məxsus 90-dan çox ibtidai məktəbin bağlandığını diqqətə çatdıran nazir deyib ki, türklərə məxsus məktəblərin yenilənməsinə və genişlənməsinə icazə verməmək, müəllim hazırlanmasına, türkcə dərs vəsaitlərinin nəşrinə mane olmaq kimi əməllərin siyahısı uzundur.

Xatırladaq ki, 1923-cü ildə imzalanmış Lozan sülh müqaviləsinə görə, Yunanıstan öz ərazisində yaşayan müsəlman-türkləri ölkə əhalisinin azlıq qrupu kimi tanımış, onların hüquq və bərabərliyini qorumağa zəmanət vermişdir. Ən azı 150 min müsəlman-türk Yunanıstandakı dədə-baba yurdunda məskundur. Təəssüf ki, xüsusilə son illər başda məscid və məktəblərin fəaliyyəti olmaqla türk toplumunun sosial həyat tərzinə qarşı məqsədyönlü ayrı-seçkilik siyasəti yürüdülür.

Teqlər: