Səudiyyə Ərəbistanı Ukraynada müharibə ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Eyni zamanda, Rusiya danışıqlarda iştirak etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vall Street Jurnal” məlumat yayıb.
Məlumata görə, danışıqlar Qərb ölkələri, Ukrayna və əsas inkişaf etməkdə olan ölkələr, o cümlədən Hindistan və Braziliya arasında aparılacaq.
Ukrayna ilə bağlı danışıqlar avqustun 5 və 6-da Ciddədə keçiriləcək. Oraya 30 ölkədən yüksək vəzifəli şəxslər gələcək.
Nəşr bildirib ki, Ukrayna və Qərb rəsmiləri bu səylərin cari ilin sonunda sülh sammiti ilə yekunlaşacağına ümid edirlər.