

Litvada Rusiya, Belarus və Çinlə ikili vətəndaşlığı olan şəxslər Hərbi Akademiyaya daxil ola bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Litvanın Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, bu barədə qərar hökumətin iclasında qəbul edilib:
“Akademiya rəhbərliyinin tələbi ilə onun nizamnaməsinə dəyişiklik edilib, indi qeyri-dost ölkələrin vətəndaşlarının tədrisə buraxılması qadağan edilib. Hazırda bu, Rusiya, Belarus və Çinə aiddir”.