Kanada antirusiya sanksiyalarını genişləndirib.
AzerTimes xəbər verir ki, bu barədə Kanada hökuməti qərar qəbul edib.
Bildirilib ki, məhdudiyyətlər tikinti, nəqliyyat, kompüter xidmətləri, mühasibatlıq xidmətləri, konsaltinq kimi 28 fəaliyyət növünə təsir göstərib.
Qeyd edək ki, sanksiyalar mədənçıxarma, neft emalı, kömür və kimya məhsulları sahələrində fəaliyyət göstərən Rusiya şirkətlərinə şamil ediləcək.