Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hadisə iyunun 30-da Rusiyanın “Pobeda” aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib”, – XİN-in bəyanatında bildirilib.
Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.