Hindistan iyul ayında dünyanın ən böyük rus nefti idxalçısı olub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Hindistan ötən ay ümumi idxalının 44%-ni Rusiyadan tədarük edib. Belə ki, Hindistanın Rusiyadan neft idxalı gündəlik 2,07 milyon barrelə yüksəlib.
Çin iyul ayında Rusiyadan gündəlik 1,76 milyon barrel neft idxal edib.