Litva Rusiya ilə sərhəddə yerləşən müdafiə istehkamları quraşdırıb.
AzerTimes xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Bu, daha effektiv müdafiəni təmin etmək üçün xəbərdaredici addımdır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Litvanı Rusiyanın Kalininqrad vilayətindəki Sovetsk şəhəri ilə birləşdirən Kraliça Luiza körpüsünün qarşısında istehkamlar, o cümlədən minalar və tank əleyhinə “kirpilər” quraşdırılıb.
Qurumdan bildirilib ki, körpünün özü Rusiyanın mülkiyyətindədir, ona görə də Litva yalnız onun qarşısında maneələr quraşdırıb.